Rənglərin və ilmələrin diliylə danışan sənətkar - Kaşqari Fondunun yeni layihəsinin qəhrəmanı kimdir? 31 Temmuz 2025, 11:53

Kaşqari Fondunun budəfəki layihəsinin qəhrəmanı isə - danışa bilmədiklərini rənglərin və ilmələrin diliylə ifadə edən sənətkar Rəhman Kamiloğludur.
Kaşqari Fondunun yeni layihəsinin qəhrəmanı "rənglərin və ilmələrin diliylə danışan" Rəhman Kamiloğludur.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında ümumrespublika və beynəlxalq miqyaslı konfransların təşkili, elmi simpoziumların keçirilməsi, nəzəri-təcrübi əhəmiyyətli dərsliklərin, tərcümələrin, bədii-publisistik əsərlərinin, elmi monoqrafiyaların nəşri artıq ənənə halını alıb. Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə gerçəkləşən bu layihələrin hər biri elmi-mədəni müstəvidə maraqla qarşılanır və təqdir olunur.
Kaşqari Fondunun budəfəki layihəsinin qəhrəmanı isə - danışa bilmədiklərini rənglərin və ilmələrin diliylə ifadə edən sənətkar Rəhman Kamiloğludur.
Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini təşkil edir.
Zəfərlə başa çatan 44 günlük Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman Qarabağda ucalan azadlıq bayrağını, əsrarəngiz təbiət gözəlliklərini, tarixi abidələri rəngarəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaratmağa müvəffəq olub. Xudafərin körpüsü, Şuşa Qalası, Vaqif məqbərəsi daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdəki məşhur tarixi-memarlıq abidələrini qrafika üslubunda toxuyan sənətkarın Qarabağa həsr etdiyi əsərlər Rəssamlar İttifaqı tərəfindən təşkil olunan “Zəfər yürüşü” adlı respublika sərgisində də nümayiş olunub.
Rəhman Kamiloğlunun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. O, 2021-ci il dekabrın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Əlilliyi olan şəxslərin XI Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində bədii tikmə nominasiyası üzrə 1-ci yerə layiq görülüb, diplomla mükafatlandırılıb.
Sənətkarın xovlu tikmə nümunələri Fransanın Kolmar şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Fondumuzun layihəsi əsasında Rəhman Kamiloğlunun əsərlərindən ibarət dərgi nəşr etməklə, onun fərdi yaradıcılıq sərgisini keçirməklə qeyri-adi mistikası olan bu bənzərsiz sənət nümunələrini geniş izləyici auditoriyasına tanıtmaq, Rəhmanın dilə gətirə bilmədiyi duyğularının tərcümanı olmaq arzusundayıq” , - deyə X.Zərrabqızı əlavə edib.
DİGƏR XƏBƏRLƏR
-
Rənglərin və ilmələrin diliylə danışan sənətkar - Kaşqari Fondunun yeni layihəsinin qəhrəmanı kimdir?
31 Temmuz 2025, 11:53 -
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
12 Ağustos 2024, 19:58 -
MP Javanshir Feyziyev issues article on "Translation and Research of National Folklore Examples, Samples of Azerbaijani Classical & Modern Literature into English"
06 Ağustos 2024, 19:55 -
Azerbaijani MP Javanshir Feyziyev issues article on "Literary -cultural relations between Azerbaijan-Great Britain"
05 Ağustos 2024, 19:53 -
Cavanşir Feyziyev: “Azerbaycan -Türkiye – Kuzey Kıbrıs Türk Cumhuriyetlerinin “Üç devlet – bir millet ‐ tek yürek” olması Kuzey Kıbrısın geleceğine dair büyük inam sağlamaktadır.”
01 Ağustos 2024, 19:47 -
Cavanşir Feyziyev: Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub
27 Temmuz 2024, 19:43 -
Mətbuat gününə həsr olunmuş “Milli Mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib
22 Temmuz 2024, 19:40 -
Qırğızıstanın Qarabalta şəhərində Türkdilli dövlətlərin beynəlxalq simpoziumu keçirildi
19 Temmuz 2024, 19:36 -
Cavanşir Feyziyev: “Əhməd Kabaklı Türkiyə– Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
24 Temmuz 2024, 19:27 -
KKTC – Girne’de “Uluslararası Multidisipliner Çalışmalar ve Küresel Uygulamalar Kongresi” düzenlendi
08 Temmuz 2024, 19:23